waplog

Dünya mobil texnologiyalar bazarının həcmi 1,72 trilyon dollaradək artacaq


“IDC analitik şirkəti 2017-ci ildə dünyada mobil rabitə sahəsində avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 2016-cı illə müqayisədə 4,3 faiz artaraq 1,58 trilyon dollara çatacağını, yaxın illərdə isə artımın bir qədər zəifləyəcəyini və 2016-2021-ci illərdə bazarın illik artımının 2,7 faiz təşkil edəcəyini proqnozlaşdırır. 

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, hesabat dövrünün sonunda bazar həcminin 70 faizi istehlak sektorunun - mobil rabitə xidmətlərinin ödənişi və smartfonların payına düşəcəyi gözlənilir. İqtisadiyyat sahələri arasında mobil texnologiyalara daha çox bank və peşə xidməti sahələri vəsait xərcləyəcək. 2021-ci ildə onların həcmi müvafiq olaraq 55,1 milyard və 54,9 milyard dollar təşkil edəcək. Həmin vaxtadək diskret istehsal və ticarət sahələrinin xərcləri 49,7 milyard və 45,7 milyard dollaradək çoxalacaq.

Bildirilir ki, xidmətlər seqmentinin mobil texnologiyalar bazarında payı 60 faizə bərabərdir. Burada ən çox gəlir gətirən mobil rabitə xidmətlərinin 2021-ci ilədək dünyada satış həcminin 950 milyard dollaradək artacağı proqnozlaşdırılır. Bununla yanaşı, daha sürətli (illik 13 faiz) korporativ mobil rabitə xidmətlərinin satışı artacaq. Böyüklüyünə görə ikinci seqment avadanlıq olaraq qalır.

Proqram təminatı seqmenti həcminin az olmasına baxmayaraq vacib investisiya istiqamətidir və onun illik artımı 10 faiz səviyyəsində gözlənilir.  

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL