waplog

Çərçivəsiz displeyə malik smartfon təqdim olunub


Çinin “Honor” şirkəti “Honor 7X” smartfonunu təqdim edib. Bu smartfon orta qiymət kateqoriyasına aiddir, amma bu il təqdim edilmiş bir sıra qabaqcıl qurğular kimi kiçik çərçivəli ekranla təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, yeni smartfonun ekranının diaqonalı 5,93 düym, təsvir ölçüsü 1080x2160 piksel təşkil edir. “Honor 7X” smartfonu “Kirin 659” prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaşla təchiz edilib. Korpus metaldan hazırlanıb.

Aparat 16 meqapiksellik ikiqat əsas kamera, 8 meqapiksellik ön kamera ilə təchiz edilib. “Honor 7x” smartfonu, həmçinin barmaq izləri skaneri və 3340 milliamper/saat tutumunda batareyaya malikdir, qurğuda yeganə gözəçarpan çatışmazlıq kimi simsiz ödənişləri həyata keçirməyə imkan verən “NFC” modulunun quraşdırılmamasını göstərmək olar.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL