waplog

Yeni “Sharp” smartfonu çərçivəsiz ekran və qoşa kamera ilə təchiz ediləcək


Çinin “TENAA” Sertifikasiya Agentliyinin məlumat bazasında çərçivəsiz ekran və qoşa kamera ilə təchiz ediləcək yeni “Sharp” smartfonu barədə informasiya yerləşdirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, əvvəlki “Aquos S2” smartfonu ilə müqayisədə yeni qurğunun displeyinin kənarları daha nazik çərçivəli olacaq. Bundan başqa, tərəflər nisbətinin 18:9 olması sayəsində mühəndislər iri 5,99 düym diaqonallı displeyi nisbətən kompakt korpusa inteqrasiya etməyə nail olublar. Ekranın təsvir ölçüsünün 2160х1080 piksel təşkil edəcəyi bildirilir.
 
Smartfonun şəkillərindən görünür ki, qurğu qoşa əsas kamera ilə təchiz olunacaq. Onun 12 və 13 meqapikselli sensorlardan ibarət olacağı ehtimal edilir. Kameraların yanında daktiloskopik sensor quraşdırılıb. Ön kameranın təsvir ölçüsü 16 meqapikselə bərabər olacaq.
 
Bundan əlavə, 2200 MHs takt tezlikli səkkiznüvəli prosessor, 4 və ya 6 giqabayt operativ və 64 və ya 128 giqabayt quraşdırılmış yaddaş barədə informasiya dərc olunub. Yeni “Sharp” smartfonunun buraxılış tarixi barədə məlumat verilməsə də, onun yanvarda keçiriləcək “CES 2018” sərgisində təqdim ediləcəyi gözlənilir.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL