waplog

Səsli idarəetməyə malik 50 düymlük televizor təqdim edilib


Çinin “Xiaomi” şirkəti “Mi TV 4A” televizorunun 50 düymlük yeni modelini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yeni model “4K” (3840x2160 piksel) təsvir ölçüsünü və “HDR10+ HLG” standartını dəstəkləyir. Televizora, həmçinin  “Dolby Audio” və “dtsHD” stereodinamikləri quraşdırılıb.

Məsafədən idarəetmə pultu səsli daxiletmə funksiyasını dəstəkləyir. Bu, “Smart TV” proqramlarını daha asan idarə etməyə imkan verir.

“Mi TV 4A” televizoru 3 “HDMI” və 2 “USB” portuna malikdir, “Ethernet”, “Bluetooth 4.2”, 2 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib. Televizorda “beyin” rolunu dördnüvəli “Amlogic L962” prosessoru həyata keçirir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL