waplog

Yeni texnologiya həkimlərə pasiyentin daxili orqanlarını görməyə imkan verir


Bir anlığa həkimlərə pasiyentin dərisinin altında yerləşən daxili orqanlarını görməyə imkan verən texnologiyanı təsəvvür edin. Alberta Universitetinin alimləri məhz belə texnologiya hazırlayıblar. Hələ ki sözügedən texnologiya təcrübə mərhələsindədir və “ProjectDR” adlandırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, bu texnologiya pasiyentin dərisini şəffaflaşdırmır və real vaxt rejimində onun daxili orqanlarının görünüşünü təmin etmir. Sistem KT (kompüter tomoqrafiyası) və MRT-nin (maqnit-rezonans tomoqrafiyası) üçölçülü təsvirlərini dəriyə elə proyeksiya edir ki, onlar insan bədəninin formasına dəqiq yerləşir.

Sistem proyektor, infraqırmızı kameralar və pasiyentin bədənində müəyyən yerlərdə yerləşdirilmiş markörlərdən ibarətdir. Bu markörləri izləyən kameralar bədənin səmti barədə sistemə xəbər verir, ona görə dəriyə proyeksiya edilən təsvirlər pasiyentlə birgə hərəkət edə bilir.

"Bu texnologiya bir çox sahələrdə (tədris, fizioterapiya, laparoskopik cərrahiyyə və sairə) tətbiq edilə bilər” – məktəbin şagirdi Mihail Fiestlə birgə bu sistemi yaratmış kompüter elmləri üzrə aspirant İen Uotts deyib.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL