waplog

“Google” şirkəti “iMessage”ın analoqunu yaradır


“Google” şirkəti belə hesab edir ki, istifadəçilərin əksəriyyəti məhz “iMessage” xidmətinə görə “iPhone”dan “Android”ə keçməyəcək. Buna görə internet nəhənginin mühəndisləri öz əməliyyat sistemi üçün müvafiq xidmət hazırlamağa başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Google” şirkəti əvvəllər “iMessage” xidmətinə oxşar xidmətlər yaratmağa cəhd edib. Lakin nə “Hangouts”, nə də “Google Allo” messencerləri “Apple”ın daxili messencerinin uğurunu təkrarlaya bilməyib. Buna görə şirkət yeni məhsul yaratmaq barədə düşünür.

“İnsayder” məlumatlarına əsasən, yaradılacaq yeni xidmət kompüterlərdə də işləyəcək. Kompüter və smartfonu sinxronlaşdırmaq üçün istifadəçi QR-kodu skaner etməli olacaq. Mühəndislər mobil proqramın bütün mövcud brauzerlərdə işləməsinə nail olmaq istəyirlər. Belə olan halda “Android” messencerinə gələn mesajları istənilən qurğuda oxumaq mümkün olacaq. Yeni xidmət “Telegram”, “WhatsApp” və başqa populyar messencerlərin prinsipi üzrə işləyəcək.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL