waplog

“Samsung” şirkəti təzyiqi ölçən “ağıllı” saatlar istehsal edəcək


Cənubi Koreyanın “Samsung” şirkəti “ağıllı” saat vasitəsilə arterial təzyiqi ölçməyə imkan verən texnologiya üçün patent hüququ alıb. Bu barədə Cənubi Koreya KİV-ində yayılan məlumatlarda deyilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, patentə görə, xüsusi ötürücü saatın biləyə bərkidilən arxa hissəsində quraşdırılacaq. Ötürücü şüalanma vasitəsilə yayılan işığın intensivliyinə əsaslanaraq təzyiq haqqında informasiya əldə edəcək. “Ağıllı” saat və fitnes bilərziklərdə də nəbzölçənlər eyni prinsip üzrə işləyir.

Patentdə qeyd olunur ki, göstəricilərin düzgün göstərilməsi üçün saatın istifadəçinin əlinə sıx bağlanması tələb olunur. Tonometrlə təchiz edilən saatın istehsalına nə vaxt başlanacağı barədə məlumat verilmir. Lakin onun “Samsung Gear X” idman qurğularında quraşdırılacağı ehtimal edilir.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL