waplog

“Loihi” süni intellekt çipinin inkişafı üçün açıq cəmiyyət yaradılıb


“Intel” şirkəti süni intellektdən istifadə edən sistemlər üçün nəzərdə tutulan “Loihi” çipinin inkişafı məqsədilə açıq cəmiyyət yaradıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, “Loihi” neyromorf çipinin təlimi ümumi təyinatlı kompüterlərlə müqayisədə 1000 dəfə effektivdir. Həmçinin yeni həll neyron şəbəkələrdə analoji texnologiyalara nisbətən məlumatların emalının məhsuldarlığının 1 milyon dəfə artırılması ilə seçilir.
 
Bildirilir ki, məlumatların neyromorf emalının təkmilləşdirilməsini davam etdirmək üçün “Intel” şirkəti özündə həm alimlərin, həm də tərtibatçıların səylərini birləşdirmək məqsədi daşıyan “INRC” (Intel Neuromorphic Research Community) cəmiyyətini təsis edib. Fəaliyyətin bir neçə istiqamətlər üzrə aparılması planlaşdırılır. Bu, həm nəzəriyyə və alqoritmlərin hazırlanması, həm də çipi məlumatlar və “real dünya” sistemləri ilə işə uyğunlaşdırmaq, eləcə də müasir texnoloji vəzifələrin həllində axtarışların tətbiqi üçün səylər olacaq.
 
Cəmiyyət üzvləri “Loihi” çipi əsasında sınaq texnologiyalarından və “NraaS” (Neuromorphic Research as a Service) çoxistifadəli sistemindən yararlanmaq imkanı əldə edəcəklər.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL