waplog

“ASUS”-dan “Transformer”


“ASUS” şirkətinin İdarə heyətinin sədri Conni Şi “AsiaD” konfransında “Transformer Prime” planşet kompyuteri haqqında danışıb. Planşetin əsasını üçüncü nəsil “nVidia Tegra” platforması təşkil edir.

Onun tərkibinə 4 əsas hesablama nüvəsi ilə olan “Cortex-A9 ARM” prosessoru daxildir. Bundan başqa, 12 nüvəli “GeForce” qrafik kontrolleri daxildir.

“Transformer Prime” planşeti 10,1 düymlü sensor ekranla, “Wi-Fi” və “Bluetooth” adapterləri, “Mini HDMİ” portu ilə təchiz edilib. Korpusun qalınlığı 8,3 millimetrdir, avtonom iş müddəti 14,5 saata çatır.

“ASUS” şirkəti aksessuar kimi planşeti netbuka çevirən klaviatura ilə olan dok-stansiya təklif edəcək. Əməliyyat sistemi “Android” (ehtimal ki, İce Cream Sandwich 4.0 versiyası) platformasıdır. “Transformer Prime” planşetinin rəsmi təqdimatı noyabr ayının 9-da olacaq.

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL