waplog

“PlayStation 5” konsolu haqqında yeni məlumatlar açıqlanıb


İnternetdə “PlayStation 5” oyun konsolu haqqında yeni məlumatlar dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, Yaponiya şirkətinin yeni qurğusu virtual reallıq texnologiyası ilə tam uyğunluq təşkil edəcək.

Uyğunluq “PlayStation 4 Pro” konsolunda olduğu kimi, təkcə proqram təminatı səviyyəsində deyil, eyni zamanda aparat təchizatı üzrə olacaq. Bununla yanaşı, yeni konsolun səkkiz hesablama nüvəsindən ibarət “Zen” adlı xüsusi əlavə “APU” prosessoru ilə təchiz ediləcəyi gözlənilir. Tərtibatçılar prosessora “Navi” texnologiyası əsasında “GPU” qrafik sürətləndiricisi əlavə etmək niyyətindədir.

“PlayStation 5” oyun konsolunun rəsmi təqdimatı 2018-2019-cu illərdə gözlənilir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL