waplog

Alimlər “3D” printerdə kriogen undan qida çap ediblər


Koreyalı alimlər qrupu qida üçün "3D" çap texnologiyasını təkmilləşdirmək üsulunu tapıblar. Yeni üsul "çap" məhsullarının görünüşünü yaxşılaşdırmaqla yanaşı, onların kaloriliyinə və orqanizm tərəfindən həzminə nəzarət edə bilir.
 
"3D" çap texnologiyası artıq müxtəlif məhsulların işlənməsi və istehsalı üçün xeyli yaxşılaşıb, amma alimlərin sözlərinə görə, məhsulların çapı üçün materialların seçimi əvvəlki kimi funksionallıq, qida xüsusiyyətləri və kalorililik, həmçinin sənaye istehsalı baxımından məhdud şəkildədir.
 
Cənubi Koreyanın İhva Qadın Universitetinin mütəxəssisləri "qida unu" əldə etmək üçün karbohidrat və zülallara əsaslanan qida materiallarını kriogen xırdalayıblar. Bu toz polimer yapışdırıcı maddələrlə qarışdırıldıqdan sonra ondan məsaməli material çap edilir. Daha sonra çap parametrlərini təyin etməklə bu materiala lazımi forma, tekstura vermək, həmçinin materialdakı qidalı maddələrin lazımi tərkibini tənzimləmək olar.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL