waplog

“Azərpoçt” MMC-nin əməkhaqqı kartlarında “SMS xəbərdarlıq” xidməti pulsuz oldu


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  "Azərpoçt" MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarında "SMS xəbərdarlıq" xidməti müştərilərə pulsuz təklif olunur.
 
"Azərpoçt" MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarının sahibləri artıq aparılan bütün əməliyyatlardan anında xəbər tutacaqlar.
 
 
Belə ki, kart sahibləri aparılan bütün əməliyyatlar - kart hesabı üzrə mədaxil və məxaric əməliyyatları, hesabın qalığı  haqqında dərhal xəbərdarlıq SMS-i alacaqlar.
 
Əməkhaqqı kartının sahibi "Azərpoçt" MMC-yə məxsus istənilən ATM-ə yaxınlaşaraq, xidmətlər bölməsindən "SMS xəbərdarlıq" ("SMS Bankinq" bölməsi) xidmətini aktivləşdirə bilər.
 
Qeyd edək ki, "Azərpoçt" MMC-nin emissiya etdiyi əməkhaqqı kart sahiblərinin bu günə olan sayı 22 min 305 nəfərdir.



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL