waplog

“Siri” yaradıcılarından biri “Apple” şirkətini tərk edib


“Siri” şirkətinin banilərindən biri və icraçı direktoru Daq Kittlaus “Apple” şirkətini tərk edib. Bu barədə anonim mənbələrə istinadən “All Things Digital” bloqu yazıb.

Nəşrin məlumatına əsasən, Kittlaus öz gedişini “Apple” rəhbərliyi ilə əvvəlcədən danışıb. Onu şirkəti tərk etməyə vadar etmiş səbəblər arasında ailəsi ilə daha çox vaxt keçirmək arzusunu qeyd ediblər.

Həmçinin qeyd edilib ki, 2007-ci ildən “Siri”yə rəhbərlik edən Kittlaus digər layihələrlə də məşğul olmaq niyyətindədir.

Norveç mənşəli Kittlaus 2007-ci ildə Siri şirkətinin əsasını qoymuş tərtibatçı və sahibkarlar qrupuna daxil olub. Şirkət “iPhone” smartfonu üçün “Siri” proqramını yaradıb. Proqram smartfonu səs əmri vasitəsi ilə idarə etmək imkanı yaradıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL