waplog

“Fujitsu” kibertəhlükəsizlik sahəsində biznesini genişləndirir


Yaponiyanın “Fujitsu” şirkəti İsraildə fəaliyyət göstərən 2 ABŞ startapı ilə əməkdaşlıq sayəsində kibertəhlükəsizlik sahəsində biznesini genişləndirir. “Fujitsu” bu əməkdaşlıq sayəsində 2020-ci ilədək kibermüdafiə üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satış həcmini 2,71 milyard dollaradək artırmağı hədəfləyib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Fujitsu”nin əməkdaşlıq etdiyi şirkətlərdən biri olan “Cybereason” haker hücumu şəraitində kompüterlərin işini təhlil etmək üçün süni intellekt texnologiyalarından istifadə edir, həmçinin mümkün hücumları aşkar edərək qarşısını alır. “Cybereason” ilə əməkdaşlıq quran “Fujitsu” şirkəti kompüter müdaxilələrinin aşkar edilməsi üçün 24 saat işləyən yeni xidmətini təklif edir.

“Fujitsu”nin ikinci tərəfdaşı olan “IntSights Cyber Intelligence” şirkəti  kiberhücumlar haqda məlumatın toplanılması üzrə ixtisaslaşıb. Yapon şirkəti “IntSights”in məlumatlarından hər bir müştərinin üzləşdiyi unikal kibertəhlükələrin təhlili və filtrasiyası üçün istifadə etməyi planlaşdırır.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL