waplog

“Apple Watch” parkinson xəstəliyini erkən mərhələdə aşkar edəcək


Proqramçılar tərəfindən təqdim edilmiş yeni proqram istifadəçinin əllərinin titrəyişini izləyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Apple Watch” üçün “ResearchKit” proqramı parkinson xəstəliyinin simptomlarını tanıyır. Proqram təminatı “WatchOS 5” sisteminin nümayişi zamanı təqdim edilib. Bu haqda “9to5mac” nəşri məlumat verib.

Proqram xəstəliyin 2 əsas simptomunu qeydə alacaq: əllərin titrəyişini və diskineziya. “Ağıllı” saat bu simptomları aşkar edən kimi istifadəçiləri xəbərdar edəcək. Parkinson xəstəliyinin erkən mərhələdə aşkar edilməsi çox mühümdür.

Hazırda “ağıllı” saatlar yalnız istifadəçilərin ürək döyüntüsünə nəzarət edirlər.

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL