waplog

İstilikkeçirmə kristalları kompüterləri qızmadan qoruyacaq


ABŞ tədqiqatçıları bor arsenidi adlanan yarımkeçirici material kristalları yaradıblar. Kristallar yüksək istilikkeçirmə qabiliyyətinə malikdir ki, bu da kompüter çipləri və tranzistorlardan istifadə edən sahələr üçün böyük əhəmiyyət kəsb edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tərtibatçılar qeyd edir ki, güclü və kiçik elektronika üçün istiliyin qovulması məqsədilə metaldan istifadə yolverilməzdir, çünki bu, qısaqapanmaya səbəb ola bilər. Bundan başqa, soyutma ventilyatorlarından yararlanmaq olmaz, çünki onlar çox yer tuturlar. Bor arsenidi kristalları isə istiliyi çox qovmaqla texnikanın qızmasının qarşısını ala bilən ucuz yarımkeçiricidir.

Son 3 il ərzində tədqiqat üzərində çalışan alimlər hazırda 1000 Vt/m∙K gücündə istilikkeçirməyə nail olublar ki, bu da yalnız dənəvər materiallarda almazdan geri qalır. Mütəxəssislərin fikrincə, bor arsenidi gələcək elektronika üçün böyük potensiala malikdir, çünki onun yarımkeçirici xüsusiyyətləri silisiumla müqayisə edilə bilər.  

Ekspertlər tərəfindən materialın geniş tətbiqi üçün onun xüsusiyyətlərinin təkmilləşdirilməsi planlaşdırılır.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL