waplog

Yeni doğulmuş körpələr üçün süni ağciyər yaradılıb


Beynəlxalq tədqiqatçılar qrupu vaxtından əvvəl doğulmuş körpələrin tənəffüs sistemi ilə bağlı problemlərinin aradan qaldırılmasına kömək üçün kənar süni ağciyər yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, respirator distress sindromu yeni doğulmuş körpələr arasında ikinci əsas ölüm səbəblərindəndir, çünki ağciyər ana bətnində tam olaraq ən axırda inkişaf edir. Ağciyər yaxşı inkişaf etməyəndə isə həkimlər qanı oksigenlə süni şəkildə təmin edərək onu xüsusi membran sistemləri vasitəsilə qovmalı olurlar.

Məlumata görə, yeni texnologiya mikrohidrodinamikaya əsaslanır və daha effektiv qaz mübadiləsini təmin edir. Mikrokanallar şəbəkəsi olan süni ağciyər paslanmayan poladdan olan məsaməli membranlardan ibarətdir. Oksigenin təmini (belə qurğular oksigenatorlar adlanır) üçün qan məhz onlar vasitəsilə qovulur. Doğuşdan dərhal sonra uşağın göbəkbağısı bu sistemə qoşulur və orqanizm oksigeni qan dövranı vasitəsilə almağa başlayır. Maraqlıdır ki, qan kanallar sistemi ilə müstəqil şəkildə axır ki, bu da kənar nasosların tətbiqini tələb etmir.

Qurğu mahiyyət etibarilə uşağın həqiqi ağciyəri ilə bağlı problem aradan qaldırılanadək cifti imitasiya edir. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiya mövcud analoqlarla müqayisədə 3 dəfədən çox effektivdir.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL