waplog

Rusiyada məxfi informasiya ilə iş üçün kompüterlərin buraxılışına başlanılıb


Rusiyada məxfi informasiya, o cümlədən dövlət sirri təşkil edən sənədlərlə ilə iş üçün nəzərdə tutulan xüsusi kompüterlərin buraxılışına başlanılıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Life www.life.ru" resursuna istinadən yazır ki, məlumata görə, kompüterlər xüsusi əhəmiyyətli informasiya sızmasının qarşısını alacaq. Texnikanın yığılması və yoxlanılmasına 10 iş günü sərf olunur. Mütəxəssislər tərəfindən həftədə 25 kompüterin buraxılışı planlaşdırılır.
 
Bildirilir ki, texnikanın kommersiya bazarına da tədarükünün nəzərdə tutulmasına baxmayaraq kompüterlər əsasən Rusiya Müdafiə Nazirliyi, xüsusi xidmət orqanları və dövlət müəssisələrinin ehtiyacları üçün hazırlanacaq. Xüsusi kompüterlərin son qiymətinin analoqlarından 15-30 faiz ucuz olacağı gözlənilir.
  
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL