waplog

8K təsvir ölçülü televizorlar satışa çıxarılacaq


"Samsung" şirkətinin rəsmisi Berlində keçirilən "IFA" sərgisində sentyabrın sonunda "8K" təsvir ölçülü televizorların satışa çıxarılacağını elan edib. "Q900R QLED 8K TV" modeli 4 ölçüdə (65,75,82 və 85 düym) əlçatan olacaq. Koreya şirkəti "8K" televizorların satışına başlayan ilk  istehsalçı olacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, 8K təsvir ölçülü televizorun ekranında "FullHD" təsvir ölçüsünə malik adi televizorla müqayisədə 16 dəfə daha çox nöqtə əks olunur. Bundan başqa, "Samsung"un yeni televizoru 4000 nit parlaqlığa (müqayisə üçün bildirək ki, "Q9" seriyasının əvvəlki 4K-modellərində parlaqlıq 1700 nit olub) malikdir və geniş rəng diapazonunu (HDR) dəstəkləyir.
 
 
Hazırda 8K təsvir ölçüsü üçün münasib məzmun olmadığına görə yeni televizor "FullHD" və ya "4K" formatında çəkilmiş təsvirin ölçüsünü artırmaq üçün neyron şəbəkəsinə əsaslanan alqoritmlərdən istifadə edir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL