waplog

“Apple”ın ilk kompüteri 375 min dollara satılıb


“Apple” korporasiyasının buraxılış ili 1976-cı ilə aid olan kompüterlərindən biri “RRAuction” auksionunda 375 min dollara satılıb. Bu haqda “MarketWatch” nəşri məlumat paylaşıb. Satılmış kompüter indiyədək işləyən 16 orijinal kompüterdən biridir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Apple-1” modelinin ilk kompüterləri Stiv Cobs və Stiv Voznyak tərəfindən hazırlanıb.
 
1976-cı ildə yığılmış hər bir “Apple-1” kompüterinin qiyməti 500 dollar olub. Amma  1977-ci ildə bu kompüterlərin qiyməti 660 dolları ötmüşdü.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL