waplog

“Google Chrome” brauzeri “Android” sistemli 32 milyon qurğunun dəstəklənməsini dayandıracaq


“Google Chrome” brauzeri “Android 4.1-4.3 Jelly Bean” əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq.  
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, məlumata görə, əməliyyat sisteminin brauzer tərəfindən dəstəklənəcək ən köhnə versiyası “Android 4.4” olacaq.

Dəyişikliklərin nə vaxt baş verəcəyi barədə məlumat verilməsə də, köhnə sistemin “Android” əsasında işləyən qurğuların ümumi sayının 3,2 faizində istifadə edildiyi bildirilir. Hazırda əməliyyat sisteminin idarəetməsi ilə işləyən təxminən 1 milyard qurğunun istifadədə olması nəzərə alınmaqla “Chrome” brauzerinin dəstəkləməyəcəyi qurğuların ümumi sayı təqribən 32 milyon təşkil edəcək.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL