waplog

Robot tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış edib


Yaponiyada hazırlanmış “Pepper” adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri qarşısında çıxış edib. Bu, tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış etmiş ilk robotdur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “www3.nhk.or.jp” saytına istinadən yazır ki, Böyük Britaniyanın qanunvericiləri Yaponiyanın “Softbank Group” şirkəti tərəfindən hazırlanmış “Pepper” robotunun iclas otağına daxil olaraq ingilis dilində çıxışını maraqla izləyiblər.
 
“Pepper” robotu qanunvericilərə yaşlı insanlara kömək edəcək robot istehsalının inkişaf layihəsi haqda məlumat verib. Layihənin məqsədi səhiyyə sisteminin üzərinə düşən yükü azaltmaqdır. Həmçinin bu layihə yaşlı insanlara sərbəst yaşamaqda, təklikdən uzaqlaşmaqda və onların həyat şəraitini yaxşılaşdırmaqda kömək edəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL