waplog

“Android” smartfonlarına məsafədən yeni müdaxilə üsulu tapılıb


“Checkmarx” analitik şirkətinin eksperti Lüksemburqda keçirilmiş “Hack.lu” konfransında “Android” sisteminin idarəetməsi altında işləyən cihazlara məsafədən müdaxilə haqda məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, bunun üçün “NFC” texnologiyasının köməyilə istifadəçinin fərdi informasiyasını hakerə ötürən virus proqramını "qurban"ın telefonuna quraşdırmaq lazımdır.
 
“NFC” texnologiyası fayllarla mübadilə etməyə, ödənişlər və bəzi başqa əməliyyatlar etməyə imkan verir. Bu halda qurğular bir-birindən ən çox 10 sm məsafədə olmalıdır. Amma “NFCdrip” adlı yeni hücum üsulu informasiyanı bir neçə metrədək məsafədən ələ keçirməyə imkan verir.
 
Proqramçılar hesab edirlər ki, bu üsuldan, həmçinin noutbuklara müdaxilə məqsədilə istifadə etmək olar. Ekspert bildirib ki, məlumatları 60 metrədək məsafədən ələ keçirmək imkanı mövcuddur.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL