waplog

İtaliyada “Apple” və “Samsung” şirkətləri 15 milyon avro məbləğində cərimələnib


İtaliyanın antiinhisar xidməti “Apple” və “Samsung” şirkətlərini cərimələyib. Bu, adıçəkilən şirkətlərin proqram təminatını yeniləmək yolu ilə qurğuların işləmə sürətini azaltması ilə izah edilir. Bu haqda “Reuters” agentliyi məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, “Apple” korporasiyası 10, “Samsung” isə 5 milyon avro məbləğində cərimələnib. İtaliyalı istifadəçilər yeni sistem yeniləməsinin cihazların funksionallığını və işləmə sürətini azaltmasından şikayət ediblər. Bu cür yeniləmələr müştəriləri yeni smartfonlar satın almağa təşviq etmək  üçün yaradılır.
 
2017-ci ilin dekabrında “Apple” şirkəti köhnə “iPhone” modellərinin işləmə sürətinin bilərəkdən azaldılması faktını etiraf etmişdi və  istifadəçilərdən üzr istəmişdi.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL