waplog

Avropa İttifaqı sərhədlərində süni intellektli sistem quraşdırılacaq


Avropa İttifaqı Macarıstan, Latviya və Yunanıstan sərhədlərində süni intellektə malik “iBorderCtrl” “yalan detektoru”nu (poliqraf qurğusu) quraşdıracaq. Yarım il ərzində keçiriləcək testlər uğurlu olacağı təqdirdə analoji sistemlərin ittifaqa üzv digər ölkələrin sərhədlərində də istifadəyə veriləcəyi gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, sistemə səsli köməkçi funksiya, bir neçə kamera və məlumatların analizi üçün neyroşəbəkə daxildir. Sərhədin keçilməsi zamanı “iBorderCtrl” vətəndaşdan bunları soruşa bilər: “Çantada nə var? Siz onu açdıqdan və içindəkiləri göstərdikdən sonra o, cavabınıza uyğun olacaq?” Səslə yanaşı, sistem insanın mikrojestlərini və mimikalarını qiymətləndirəcək və bunun əsasında onun doğru və ya yalan danışmasını müəyyənləşdirəcək.

Məlumata görə, altı ay ərzində dörd buraxılış məntəqəsində sınaqları keçiriləcək “iBorderCtrl” sisteminin hazırlanması ilə Macarıstan milli polisi məşğul olacaq.

Macarıstan milli polisinin nümayəndəsi Corc Bultadakis bildirib ki, sərhəd yoxlanışlarının dəqiqliyini və effektivliyini artırmaq üçün test edilmiş və yeni texnologiyaların tətbiqinə başlanılıb. “iBorderCtrlбудет” proqramı adi biometriya çərçivəsindən kənara çıxan məlumatları toplayır və yalan davranış əlamətlərinə diqqət yetirir”, - o qeyd edib.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL