waplog

Yaponiyada süni intellektli robot ev heyvanı satışa çıxarılıb


Yaponiyada alıcılar üçün ev heyvanını əvəz edəcək robot satışa çıxarılıb. “Lovot” (Love və robot sözlərinin birləşməsi) adlanan robot “Groove X” vençur şirkəti tərəfindən hazırlanıb.

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, qurğu sahiblərini yaxşı yadda saxlayır və məxsusi olaraq ələ götürülmək üçün yaradılıb.

Məlumata görə, boyu təxminən insan dizi boyda olan robot isti və xoş toxunuşlu səthə malikdir. Güclü kompüter və süni intellekt sistemi ilə təchiz olunan “Lovot” yellənən zaman yatır, eləcə də müxtəlif tryuklar edir.

Robot quraşdırılmış kamera sayəsində təhlükəsizlik və evdə tək qalan uşaqlara nəzarət sistemi kimi də istifadə oluna bilər. O, ətrafında olan insanların davranışını qeydə alır və buna uyğun olaraq onlara münasibət göstərir. Məsələn, “Lovot” onu vuran və ya xətrinə dəyən insandan uzaq durmağa çalışır.

Cüt halda satılan robotun qiyməti təxminən 600 min yen (5 min dollar) təşkil edir.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL