waplog

Çilidə kosmosda qamma-şüaların tədqiqi üçün böyük teleskoplar kompleksi qurulacaq


Çili hakimiyyəti və Avropa Cənub Rəsədxanası (ESO) tərəfindən istifadəyə verilən qamma-şüalar spektrində kosmosun tədqiqi üzrə “Cherenkov Telescope Array Sur” beynəlxalq layihəsi qamma-şüaların “qara dəliklər” və ən yeni ulduzların olduğu ehtimal edilən mənbələrini izləməyə imkan verəcək. Bu barədə Çili Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, “Cherenkov Telescope Array Sur” (Cənub Çerenkov teleskopları massivi) Çilinin Atakama səhrasında yerləşən Paranal rəsədxanasında quraşdırılacaq. Layihə 10 km radiusda İspaniyanın Palma adasında yerləşən 19 teleskopla əlaqəli fəaliyyət göstərəcək 99 qamma-teleskopun quraşdırılmasını nəzərdə tutur. Bununla 2025-ci ildə fəaliyyət göstərməyə başlayacaq nəhəng yerüstü rəsədxananın yaradılmasının əsası qoyulacaq. Bu teleskoplar hazırda istifadə olunanlardan 10 dəfə çox həssas olacaq.

Otuz bir ölkənin mindən çox aliminin üzərində çalışdığı “Cherenkov Telescope Array” (CTA) layihəsi 2000-ci illərin əvvəlində yaradılıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL