waplog

“The Guardian” nəşri dünyada robot tərəfindən yazılmış ilk məqalə dərc edib


1 fevral 2019-cu il tarixində “The Guardian” nəşrinin Avstraliya versiyasının saytında dünyada robot tərəfindən yazılmış ilk məqalə dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “ReporterMate” adlı robot “The Guardian” nəşrinin jurnalisti Nik Eversxed və proqramçılar qrupu tərəfindən birgə yaradılıb. Alqoritm böyük həcmli məlumatları emal edə, onları axtarıb tapa və artıq hazır mətn şablonlarına yerləşdirə bilər.
 
Nik Eversxed qeyd edir ki, “ReporterMate” jurnalistləri tam əvəz etməyə qadir deyil, ancaq o, araşdırmalar zamanı böyük məlumatların təhlili ilə daha dəqiq işləyəcək. Bu isə jurnalistlər tərəfindən tez-tez yol verilən riyazi səhvlərin qarşısını alacaq.
 
Jurnalist qeyd edir ki, süni intellektin müstəqil şəkildə böyük həcmli material hazırlaması hələ ki real səslənmir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL