waplog

Fişinq hücumlarının sayı 2 dəfə yüksəlib


"Kasperski Laboratoriyası"nın məlumatına görə, 2018-ci ilin yekununa görə dünyada fişinq hücumlarının sayı təxminən 500 milyon olub. 2017-ci illə müqayisədə bu göstərici 2 dəfə yüksəlib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ötən il cinayətkarlar fişinq və spam xarakterli məzmunu yaymaq üçün yeni kanallardan istifadəyə davam ediblər. Onlar həm də istifadəçiləri zərərverici mesajların yayılmasında iştiraka aktiv cəlb edirlər.
 
Məsələn, "Kasperski Laboratoriyası" özü yayılan fişinq (messencer və sosial şəbəkələrdə (xüsusilə "WhatsApp"da) ən kütləvi hücumlardan biri) qeydə alıb. Cinayətkarlar ənənəvi olaraq istifadəçilərə pulsuz əlverişli təkliflər vəd veriblər.
 
Eyni zamanda kriptovalyuta hələ də fırıldaqçılar arasında ən populyar mövzu olaraq qalır. Ötən il "Kasperski Laboratoriyası"nın təhlükəsizlik sistemləri məşhur kriptovalyuta birjaları, platforma və pulqabılarını təqlid edən fişinq saytlarına 410 mindən çox giriş cəhdinin qarşısını alıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL