waplog

“Sony” korporasiyası yeni televizor hazırlayır


“Sony” korporasiyası yeni televizor hazırlayır. Yeni istehsal yapon istehsalçısına rəqiblərlə mübarizə aparmaqda kömək edəcək. Bu barədə şirkətin rəhbəri Hovard Stringer bildirib. Korporasiyanın televiziya bölməsi uzun müddətdir ki ziyana məruz qalır və səhmdarlar rəhbərlikdən vəziyyətin yaxşılaşması üçün hər hansı təşəbbüs etməyi tələb edirlər.

Hovard Stringer “yeni növ televizor” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib. “Sony” korporasiyasının rəhbəri yalnız bildirib ki, “Apple” şirkətinin keçmiş rəhbəri Stiv Cobs müasir televiziya qəbuledicisi barədə təsəvvürü dəyişmək istəyirdi və Yaponiya şirkəti də məhz buna cəhd edir. Onun sözlərinə əsasən, yeni növ televiziyaya keçid prosesi mürəkkəb və uzunmüddətli olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL