waplog

“OnePlus” smartfonlarının təqdimat tarixi açıqlanıb


“OnePlus” şirkəti yeni qabaqcıl “OnePlus 7” smartfonlarını mayın 14-də rəsmən təqdim etməyi planlaşdırır. Bu tarix şirkətin rəsmi nümayəndələri tərəfindən açıqlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, bu dəfə “OnePlus” ənənəni pozaraq bir smartfon əvəzinə, ikisini təqdim etmək niyyətindədir. Söhbət “OnePlus 7” və “OnePlus 7 Pro” qurğularından gedir.

 

“OnePlus 7” smartfonu qiymət və keyfiyyət nisbətinə görə optimal variant kimi hesab edilir. “OnePlus 7 Pro” qurğusu isə yaxın illərdə bütün dünyada istifadəyə veriləcək beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) indidən dəstəkləməsi ilə seçilir.

 

“OnePlus 7” smartfonu dizaynda fərqlə yanaşı, üç moduldan ibarət əsas kamera, eləcə də son dövrlərdə dəb halını alan irəli çəkilən ön kamera ilə təchiz ediləcək.

 

Bundan əlavə, qurğu 6,5 düym diaqonallı “AMOLED” ekrana və 44 vatlıq qurğu vasitəsilə sürətli enerjidoldurmanı dəstəkləyən 4 min milliamper/saat tutumlu akkumulyator batareyasına malik olacaq.

 

“OnePlus 7” və “OnePlus 7 Pro” smartfonları birkristallı “Qualcomm Snapdragon 855” sistemi üzərində qurulub. Qurğuların başlanğıc qiyməti 570 dollar təşkil edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL