waplog

Telekommunikasiya xidmətləri və ödənişli televiziya bazarında gəlir 1,66 trilyon dollara yaxınlaşacaq


"IDC" tədqiqat şirkətinin məlumatına görə, 2018-ci ildə qlobal telekommunikasiya xidmətləri və pullu televiziya bazarının həcmi 0.8% artaraq 1,62 trilyon dollar təşkil edib. Ekspertlərin proqnozuna görə, 2023-cü ildə bu göstərici 1,66 trilyon dollara yaxınlaşacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 2018-ci ildə telekommunikasiya xidmətləri və ödənişli televiziya bazarında ümumi gəlirin təxminən 53%-i mobil seqmentin payına düşüb. "IDC"-nin qiymətləndirməsinə görə, 2019-dan 2023-cü ilədək bu istiqamətdə orta hesabla 1,4% artım gözlənilir. Artım mobil internet və "IoT" xidmətləri sayəsində təmin ediləcək ki, bu da ənənəvi səsli rabitə və mesajların göndərilməsi üçün xərclərin azalmasını kompensasiya edir.

 

Stasionar rabitə seqmenti, xüsusilə genişzolaqlı internetə çıxış dünyanın əksər regionlarında populyarlaşmağa davam edir.

 

Yaxın 5 ildə kabel, peyk, IP və yerüstü rəqəmli televiziya xidmətlərini əhatə edən ödənişli televiziya bazarında xüsusi artım gözlənilmir.

 

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL