waplog

Britaniya lazer silahının hazırlanmasına 130 milyon funt-sterlinq yatıracaq


Böyük Britaniya Müdafiə Nazirliyi düşmənin raket, təyyarə, kompüter və elektron şəbəkələrini məhv edə bilən yeni nəsil silahın tədqiqinə 130 milyon funt-sterlinq investisiya qoyacaq. Yerli hərbçilərin fikrincə, elektriklə və sursatsız işləyən lazer və radiotezlik silahı Britaniya hərbçilərinə gələcəkdə döyüş meydanında üstünlük qazandıra bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum www.regnum.ru” resursuna istinadən yazır ki, ölkə hökuməti artıq dron və digər uçuş aparatlarını vura bilən “Dragonfire” dəniz lazer silahı üçün 30 milyon funt-sterlinq xərcləyib. Bu sistemin nümayişi 2019-cu ilin sonuna planlaşdırılır.
 
Bundan başqa, sənaye və alimlər qarşısında gəmi, vertolyot və zirehli texnikada quraşdırılacaq tuşlanan enerji silahının üç yeni növünün yaradılması vəzifəsi qoyulub.
 
Lazer sistemlərindən düşmən pilotsuz uçan aparat və raketlərinin məhvi, radiotezlik silahından isə kompüter və elektronikanın sıradan çıxarılması üçün istifadə nəzərdə tutulur.
 
Yeni sistemlərin effektivliyinin, eləcə də mövcud dəniz, hava və quru platformalarında quraşdırılması imkanlarının müəyyənləşdirilməsi məqsədilə onların 2023-cü ildə donanma gəmiləri və hərbi avtomobillər üzərində sınaqlarının keçiriləcəyi gözlənilir.   
 
Nizam Nuriyev


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL