waplog

“Xiaomi” 108 meqapiksel kameralı smartfon üzərində çalışır


Çinin "Xiaomi" şirkəti Pekində keçirilən "Future Image Technology Communication Meeting" tədbirində smartfonların gələcək kameraları barədə məlumat təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, tədbirdə çıxış edən "Xiaomi" həmtəsisçisi və prezidenti Lin Bin bildirib ki, iki il əvvəl şirkətdə təsvirlərin formalaşdırılması texnologiyalarının hazırlanması üzrə şöbə, ötən ilin yazında isə portativ qurğular üçün kamera modullarına görə məsuliyyət daşıyan bölmə yaradılıb.

 

Onun sözlərinə görə, yaxın vaxtlarda "Samsung ISOCELL Bright GW1" ötürücüsü əsasında yaradılan 64 meqapikselli "Redmi" smartfonu satışa çıxarılacaq. Bu, pikselləri dörd blokda birləşən 1/1.7 düym ölçülü matrisadır – sensor pis işıqlandırma şəraitində aşağı səs səviyyəsində 16 meqapikselli və ya yaxşı işıqlandırmada maksimum detallı 64 meqapikselli şəkillər çəkir.

 

Şirkət prezidentinin sözlərinə görə, "Xiaomi", həmçinin 108 meqapikselli "Samsung" sensoru ilə təchiz edilən smartfon buraxmağa hazırlaşır. Bu, 12032x9024 pikselli şəkillər çəkməyə imkan verəcək ki, bu da smartfonlar üçün ən böyük təsvir ölçüsü hesab edilir.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL