waplog

“Google” servislərində avtorizə üçün barmaq izindən istifadə ediləcək


ABŞ-ın “Google” şirkəti bir sıra servislərlə iş zamanı avtorizə üçün barmaq izindən istifadə imkanı təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, şirkətin bloqunda yerləşdirilən məlumata görə, parollar “Google” tərəfindən tətbiq edilən avtomatlaşdırılmış mühafizə tədbirləri ilə birgə bütün dünyada milyardlarla istifadəçinin təhlükəsizliyini təmin etməyə kömək edir. Təhlükəsizliyi təmin edən yeni texnologiyalar daha çox etibarlılıq və rahatlığa imkan verdiyinə görə parolları əvəzləyəcək. “Bununla əlaqədar bildirmək istəyirik ki, bir sıra servislərdən istifadə zamanı barmaq izi vasitəsilə və ya parolu daxil etmədən ekranı blokdan çıxarmaqla avtorizədən keçmək olar. Bu imkandan artıq “Pixel” qurğularında və tezliklə “Android 7 ” əməliyyat sisteminin idarəetməsi ilə işləyən bütün qurğularda istifadə mümkün olacaq”, – şirkətin məlumatında deyilir.

 

Bəyanatı şərh edən “Techradar.com” internet portalı qeyd edib ki, əvvəllər “Android” əsasında bir sıra servislərin avtorizə üçün barmaq izindən istifadə etməsinə baxmayaraq hazırkı yenilik şirkətin istifadəçilərin internetdə şəxsiyyətinin təsdiqi üçün biometrik parametrlərdən istifadəyə imkan verdiyi ilk haldır.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL