waplog

Təyyarə mühərriklərində təhlükəli əşyalar axtaran mobil əlavə yaradılıb


“Rolls-Royce” şirkətinin hərbi təyyarələr üçün mühərriklərin tədarükü ilə məşğul olan “Defence Aerospace” bölməsi hava gəmilərinin motorlarına zibillərin düşməsi ilə bağlı problemin həlli üçün yeni mobil əlavə hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, mobil proqram üçün sifariş ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi hava sistemləri komandanlığı tərəfindən verilib. Mobil əlavə aviasiya bölməsinin əməkdaşlarına bu və ya digər obyektin təyyarə üçün təhlükəli olub-olmamasını müəyyənləşdirməyə imkan verəcək.

 

Bildirilir ki, şübhəli obyekt smartfon kamerası vasitəsilə skan edildikdən sonra onun təxmini ölçüləri müəyyənləşdirilir və əldə edilən məlumatlar GPS koordinatları ilə birgə mərkəzi məlumat bazasına analizə göndərilir. Mütəxəssislər informasiyanı öyrəndikdən sonra onlayn rejimdə konkret zibilin mühərrik üçün təhlükə törədib-törətməməsi barədə məlumat təqdim edirlər.

 

Yeni əlavə “Rolls-Royce Defence Aerospace” bölməsi tərəfindən müştərilərə təqdim edilən ilk rəqəmli servis olacaq. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ümid edir ki, bu həllin tətbiqi təyyarə mühərriklərinə kənar əşyaların düşməsi səbəbindən onların təmiri üçün xərcləri azaltmağa imkan verəcək. ABŞ hərbi dəniz aviasiyası belə nasazlıqların aradan qaldırılması üçün hər il 100 milyon dollar sərf edir.

 

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL