waplog

Yollarda intellektual radarlar artırılacaq


Şəki-Zaqatala bölgəsində də intellektual radarlar qurulacaq. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, artıq yol sahəsində təmir və yenidənqurma işlərindən sonra layihə reallaşacaq. Hazırda bu tip radarlar paytaxtın şimal, cənub və cənub-qərb istiqamətində olan magistral yollarda qurulub.

Bu radarların köhnələrdən fərqi proqram əsasında fəaliyyət göstərməsi və ağıllı videokamera sisteminə malik olmasıdır. Yeni texnologiya vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri müəyyənləşdirmək asanlaşıb.

Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə malikdir. Bu sistem vasitəsilə vaxt və məsafə intervalına görə nəqliyyat vasitəsinin orta sürətini hesablamaq mümkündür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL