waplog

Aztəminatlı ailələrin uşaqları smartfonlardan daha asılıdırlar


Məlum olub ki, aztəminatlı ailələrin uşaqları zəngin ailələrin uşaqlarına nisbətən smartfonda 2 saat daha çox vaxt keçirirlər. Artıq smartfonlar əlçatmaz hesab edilmir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hazırda smartfonlar vaxtı əyləncəli keçirmək üçün ən ucuz vasitədir. “Common Sense Media” qeyri-kommersiya təşkilatı araşdırma nəticəsində bu qənaətə gəlib. Məlum olub ki, valideynləri ildə 35 min dollardan az qazanan ailələrdə 8-12 yaşlı uşaqlar gün ərzində smartfondan 6 saat istifadə edirlər. Amma illik gəliri 100 min dollardan çox olan ailələrdə uşaqlar smartfonlara 2 saat daha az vaxt sərf edirlər.

 

Mütəxəssislər bu vəziyyəti smartfonların qiymətinin ucuzlaşması ilə izah edirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL