waplog

“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi


10 dekabr 2019-cu il tarixində "Microsoft" rəsmən "Windows 10 Mobile" sisteminin dəstəyini dayandırıb. Beləliklə, ABŞ şirkəti mobil əməliyyat sistemləri bazarını qəti tərk etdi.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Microsoft"un qərarı bu platformaya qlobal bazarda marağın az olması ilə izah edilir, hərçənd dünyada milyonlarla qurğu sözügedən platformanın idarəetməsi altında işləyir.

 

"Telecompaper" nəşri yazır ki, "Windows 10 Mobile" sisteminin standart və korporativ versiyaları artıq səhvləri düzəldən yeniləmə və paketlər almayacaq. Bundan başqa, "Microsoft" istifadəçilərə onlayn və texniki dəstək göstərilməsini dayandırıb.

 

"Microsoft" şirkəti digər proqramçıları "Windows 10 Mobile" sistemi üçün mobil tətbiqlər hazırlamağa stimullaşdırmaq üçün böyük səy göstərirdi, həmçinin onlara pul ödəyirdi. Ancaq şirkətin bu istiqamətdə investisiya qoyuluşunda marağının olması üçün "Windows 10 Mobile" ilə işləyən smartfon istifadəçilərinin auditoriyası çox azdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL