waplog

Minlərlə “Microsoft” serveri virusa yoluxdurulub


Hakerlər hər gün 3 minədək “Microsoft” serverini virusa yoluxdura biliblər. Onların minə yaxını isə indiyədək bu vəziyyətdə qalır. Bu barədə “Guardicore Labs” kibertəhlükəsizlik şirkətinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RBC” resursuna istinadən yazır ki, məlumata görə, kibercinayətkarlar zərərli proqram təminatından “Monero” və “Vollar” tokenlərinin əldə edilməsi üçün istifadə ediblər.

 

Ekspertlər qeyd edib ki, “Microsoft” texnikasının yoluxdurulması üzrə kampaniyaya 2018-ci ildə başlayan hakerlər zəif mühafizə səviyyəsinə malik serverlərə hücum edərək onları kobud güc metodu – seçim vasitəsilə ələ keçiriblər. Sonra kompüterlərə kriptovalyutanın hasil edilməsi və çoxfunksiyalı məsafədən idarəetmə alətləri üçün proqramların yüklənilməsinə imkan verən zərərli proqram təminatı quraşdırılıb.

 

Ekspertlərin sözlərinə görə, yoluxmanın pik nöqtəsi ötən ilin dekabrına təsadüf edib. Hakerlər əsas diqqəti sənaye, səhiyyə, aviasiya, informasiya texnologiyaları və telekommunikasiya sahələrinə yönəldib. Ən çox hücuma Çin, Hindistan, Cənubi Koreya, Türkiyə və ABŞ təşkilatları məruz qalıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL