waplog

“Sony PlayStation 5” qurğusu üçün oyun kontrolleri nümayiş olunub


"Sony" şirkəti gələcək "PlayStation 5" oyun qurğusu üçün nəzərdə tutulan "DualSense" simsiz oyun kontrollerini təqdim edib. Kontrollerin təsviri "PlayStation" tərtibatçılar bloqunda dərc olunub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, yeni kontrollerin əsasını 2013-cü ildə buraxılan və müsbət istifadəçi rəyləri alan "DualShock 4" kontrolleri təşkil edir. Bununla yanaşı, "DualSense" modeli əvvəlkindən həm xarici görünüşünə, həm də texniki xüsusiyyətlərinə görə fərqlənir: kontrollerin dizaynı daha futuristik şəkil alıb, funksionallığı isə genişləndirilib. Belə ki, mühəndislər tərəfindən vibrasiyanın ötürülməsinin təkmilləşdirilməsi ilə əlaqədar istifadəçilər oyunda idarə edilən avtomobilin palçıqlı yolla getməsini hiss edə biləcəklər.

 

Həmçinin oyunçuların edilən hərəkətlərdən, məsələn, atışmada yayın çəkilməsi zamanı gərginliyi hiss etməsi üçün "L2" və "R2" düymələrinə adaptiv işəsalma sxemi əlavə olunub. Bundan başqa, "DualSense" kontrolleri yüngül çəkiyə malikdir və təkrar enerji toplamadan daha çox işləyir.

 

Xatırladaq ki, hazırda rəsmən təqdim edilməyən "Sony PlayStation 5" oyun qurğusunun nümayişi payıza planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL