waplog

Dünyada ən kiçik oyun noutbuku təqdim edilib


Çinin miniatür oyun fərdi kompüterlərinin yaradılması üzrə ixtisaslaşmış “Shenzhen GPD Technology” şirkəti “Win Max” konsolunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, sələfləri ilə müqayisədə “Win Max” noutbuku bir sıra nəzərəçarpan üstünlüklərə malikdir: səthi daha hamardır, istehsalçılar böyük rəngli düymələrin əvəzinə, qara klavişlər təklif ediblər. Mikronoutbuk şəklində hazırlanmış oyun konsolu, həmçinin oyunlar üçün kiçik taçpada, iki coystikə və klavişlərə malikdir.

 

Ekran və klaviatura arasında cihaza daha müasir görünüş verən boşluq qoyulub. “GPD Win Max” oyun konsolunun ölçüləri 207x145x26 mm, çəkisi 790 qr-dır. Aparat 4 nüvəli “Intel i5-1035G7” prosessoru, 16 QB əməli yaddaş, 512 QB NVME SSD daşıyıcı və 1280 x 800 piksel təsvir ölçülü 8 düymlük sensor IPS ekranla (“Corning Gorilla Glass 5” qoruyucu şüşəsinə malikdir) təchiz edilib.

 

Oyun konsolu bir neçə qoşulma portuna malikdir: “Thubderbolt 3”, “USB Type-C”, 2 × “USB 3.1 Type-A”, 4K 60fps ötürmə dəstəyinə malik “HDMI 2.0b”, “RJ45” və “microSDXC”. Modelin qiyməti 750 dollardır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL