waplog

“iOS 14” sistemi nə vaxt nümayiş olunacaq?


“Apple” şirkəti proqram tərtibatçıları üçün illik konfransın keçirilmə tarixini açıqlayıb. Bu il iyunun 22-də ilk dəfə onlayn formatda keçiriləcək “WWDC” konfransında hamı pulsuz iştirak edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “İXBT” resursuna istinadən yazır ki, “Apple” şirkətinin ilin birinci yarısındakı aktivliyini nəzərə alaraq tədbirdə yeni qurğuların nümayiş edilməyəcəyini ehtimal etmək olar: “iPad Pro 2020” planşeti, ikinci nəsil “iPhone SE” smartfonu və yenilənmiş “MacBook Pro” noutbuku artıq buraxılıb, yaxın planlara “iPhone 12” modeli daxildir, lakin bu, payızın perspektividir. Odur ki, tədbir “iOS 14”, “iPadOS 14”, “macOS 10.16” və “watchOS 7” kimi yeni əməliyyat sistemlərinə həsr ediləcək.

 

Bununla belə, konfransda “Apple Watch Series 6” “ağıllı” saatının nümayişi istisna edilmir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL