waplog

“Huawei” bədənin temperaturunu ölçən smartfon təqdim edib


Smartfonlar həmişə özündə telefon, pleyer, fotokamera, kitab, bank kartı və bir çox başqa şeyləri birləşdirən İsveçrə bıçağının analoqu olub. “Honor Play 4 Pro” smartfonunu təqdim etmiş “Huawei” şirkəti bu siyahıya, həmçinin temperaturun ölçülməsi üçün infraqırmızı sensor da əlavə edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, pandemiyanın qızğın vaxtı Çinin “Huawei” şirkəti yeni “Honor Play 4 Pro” smartfonunu termometrlə təchiz edib ki, istənilən şəxs bir toxunuşla temperaturu yoxlaya bilsin. Bunun üçün sadəcə telefonu alın nahiyəsinə qoymaq, mobil proqramı işə salmaq və nəticəni gözləmək lazımdır.

 

“Huawei”nin nümayəndələrinin sözlərinə görə, telefona quraşdırılmış infraqırmızı sensor bədənin temperaturunu – 20-dən 100-dək selsi dərəcədə müəyyənləşdirmək imkanına malikdir. Dəqiqliyə görə teplovizordan geri qalır.

 

“Honor Play 4 Pro” smartfonu 2400×1080 piksel təsvir ölçülü 6,57 düymlük ekran, “5G” dəstəkli “Kirin” prosessoru, 8 QB əməli yaddaş, 128 QB daxili yaddaş və 4200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

 

Hələ ki telefon yalnız Çində əlçatandır, termometrlə olan versiyanın qiyməti təxminən 422 dollardır, termometrsiz versiya isə 15 dollar ucuzdur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL