waplog

“MediaTek” prosessoru qabaqcıl televizorlarda istifadə ediləcək


“MediaTek” şirkəti “ağıllı” televizorlarda istifadə üçün nəzərdə tutulan yeni prosessor nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “MediaTek S900” adlı çipin tərkibinə 1,4 QHs takt tezliyində işləyən dörd “Cortex-A73” nüvəsinə malik mərkəzi prosessor, “Mali-G52” qrafik sürətləndiricisi və süni intellektin emalı üçün neyroşəbəkə daxildir. Prosessor videonu “8K” təsvir ölçüsündə 60 QHs tezliyində, “4K” formatında isə 120 QHs tezliyində göstərir. Həmçinin müxtəlif standartlar, o cümlədən “HDR10/10 plus”, “Dolby Vision” və “HLG” dəstəklənir.

 

Süni intellekt texnologiyaları vasitəsilə prosessor keyfiyyətin artırılması məqsədilə nümayiş olunan səhnələri tanıya bilir. O, rəng dolğunluğu, parlaqlıq, kəskinlik və səs-küyü tənzimləyir, eləcə də dinamik hərəkət kompensasiyasını yerinə yetirir.

 

“MediaTek S900” çipi 48 Qbit/saniyə buraxılış qabiliyyətinə malik “HDMI 2.1a” interfeysini, həmçinin “HDMI VRR” standartını dəstəkləyir. Bundan başqa, məlumatların simsiz qoşulma vasitəsilə sürətli ötürülməsi üçün “Wi-Fi 6” standartı ilə uyğunluq nəzərdə tutulub.

 

Yeni prosessorun “Samsung” şirkətinin “8K” təsvir ölçülü “QLED” televizorlarında istifadəsi planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL