waplog

Qızmaya meyilli smartfonlar məlum olub


“Realme” brendinin aparatları ən çox qızmaya meyilli smartfonlar adlandırılıb. Bu haqda “Master Lu” testinin nəticələrinə istinadən Çinin “MyDrivers” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, araşdırma çərçivəsində Çin brendlərinin smartfonları testdən keçirilib. “Vivo” şirkətinin telefonlarının ən "soyuq" smartfon olduğu məlum olub. Brendə məxsus qurğuların korpus və komponentlərinin orta temperaturu 30,56 dərəcə təşkil edir. İkinci və üçüncü yerləri “Samsung” və “Oppo” şirkətinin qurğuları tutublar. Bu brendlərə məxsus qurğularda iş zamanı orta temperatur müvafiq olaraq 31,08 və 31,15 dərəcə təşkil edir.
 
“Realme” brendinin cihazları ən "isti" qurğular olublar, orta temperatur təxminən 33,18 dərəcə təşkil edib. Reytinqdə ən yüksək temperatur “Nokia 9 PureView” smartfonunda qeydə alınıb, onun korpusu 43,05 dərəcəyədək qızıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL