waplog

“MagicBook 2020 Ryzen Edition” noutbuklarının satışlarına başlanılıb


Çinin “Huawei” şirkətinə məxsus “Honor” brendi yeni “MagicBook 2020 Ryzen Edition” noutbuklarının satışlarına başlayıb. Yenilənmiş seriyanın satışa çıxarıldığı ilk region Çin olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, seriyada iki model – 14 düymlük “MagicBook 14 Ryzen Edition” və 15,6 düymlük “MagicBook 15 Ryzen Edition” təklif olunur. Onların hər birinin müxtəlif prosessora malik bir neçə konfiqurasiyası mövcuddur. İlk alıcılar üçün 30 dollar məbləğində kiçik endirim nəzərdə tutulub. Ən ucuz versiya 486 dollara təklif edilir.

 

Bildirilir ki, noutbukların korpusu metaldan ibarətdir. “MagicBook 14 Ryzen Edition” modelinin çəkisi 1,38 kq, “MagicBook 15 Ryzen Edition” noutbukunun isə 1,53 kq təşkil edir. Qurğular “Ryzen R7 4700U” və ya “R5 4500U” prosessorları, 8 və ya 16 giqabaytlıq operativ yaddaş, 256 və ya 512 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunub. “IPS” ekranları “Full HD” (1920 х 1080 piksel) təsvir ölçüsünə malikdir. Avtonom iş vaxtı 8 saat təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL