waplog

Populyar “iPhone” smartfonlarının istehsalı dayandırılacaq


“Apple” şirkəti 2019-cu ildə buraxılan bütün smartfonlar seriyasını istehsaldan çıxaracaq. Bu barədə “iAppleTimes” təxəllüslü insayderin “Twitter” hesabında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, blogerin sözlərinə görə, payızda brendin aktual qabaqcıl modelləri olan “iPhone 11 Pro” və “11 Pro Max” smartfonlarının istehsalı və satışı dayandırılacaq. Bundan başqa, satışdan 2018-ci ildə buraxılan “iPhone XR” çıxarılacaq. Müəllif qeyd edib ki, satışdan çıxarılmayan aktual seriyalı yeganə smartfon əsas “iPhone 11” modeli olacaq. Qurğunun qiyməti 150 dollar aşağı salınaraq 549 dollar təşkil edəcək.  
 
Bildirilir ki, şirkət bu addımı yeni seriyalı qurğuların satışını stimullaşdırmaq məqsədilə atacaq. 2019-cu ildə “Apple” şirkəti bazarda yalnız bir il qalan “iPhone XS” və “XS Max” modellərini satışdan çıxarıb. Həmçinin 2018-ci ildə şirkət “iPhone XS” smartfonunun satışlarını stimullaşdırmaq üçün “iPhone X” smartfonunun satışını dayandırıb. İnsayderin fikrincə, “Apple” ucuz “iPhone 11” olduğu halda “iPhone XR” almağın mənasız olduğunu düşünür və bununla əlaqədar 2018-ci il buraxılışlı populyar modeli satışdan çıxarır.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL