waplog

Ən sürətli oyun monitoru təqdim edilib


“ASUS” şirkəti “ROG Swift PG259QN” oyun monitorunu təqdim edib. Onun yeniləmə tezliyi 360 QHs təşkil edir və dünyada kiberidman üçün ən sürətli panel hesab olunur.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, “Fast IPS” matrisası ilə təchiz edilən yeni qurğunun reaksiya vaxtı 1 millisaniyə, təsvir ölçüsü 1920 × 1080 piksel (Full HD formatı), parlaqlığı 400 kandel/kvadratmetr, kontrastlığı 1000:1, horizontal və vertikal baxış bucaqları 178 dərəcə təşkil edir.
 
Həmçinin “HDR10” texnologiyası dəstəklənir. “NVIDIA G-Sync” texnologiyası oyun prosesinin rəvanlığının yaxşılaşdırılmasına cavabdehlik daşıyır, “ULMB” (Ultra-Low Motion Blur) sistemi isə görüntünün hərəkətdə bulanıqlığının azaldılmasına xidmət edir.
 
“ASUS GamePlus” kompleksinə kiberidmançılar üçün beş rahat alət daxildir: saniyəölçən, nişangah, taymer, kadr sayğacı və görüntünün çoxekranlı konfiqurasiyalarda bərabərləşdirmə vasitələri.
 
Arxa tərəfdə “ASUS Aura Sync” sinxronlaşdırılan çoxrəngli işıqlanması nəzərdə tutulub.
 
Altlıq tam tənzimləmə imkanları təqdim edir: ekranın əyilmə və dönmə bucaqlarını dəyişmək, hündürlüyü tənzimləmək, eləcə də paneli albom istiqamətindən portret rejiminə keçirmək mümkündür.
 
Bundan başqa, “HDMI 2.0” və “DisplayPort 1.4” interfeysləri, 3,5 millimetrlik audioçıxış, iki “USB 3.0” portu mövcuddur. “Flicker-free” və “Low Blue Light” sistemləri gözün yükünü və ümumi yorğunluğu azaltmağa kömək edir.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL