waplog

Alimlər miniatür günəş batareyaları ixtira ediblər


Kral Abdulla adına Elm və Texnika Universitetinin alimləri dünyada ən miniatür günəş batareyaları ixtira ediblər. Məlumata görə, batareyaların ölçüsü o qədər kiçikdir ki, hətta mikroskopik qurğularda istifadə edilə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, ixtira enerjini işıqdan səmərəli şəkildə almaq xüsusiyyətinə malikdir və bunun da nəticəsində elektron qurğular, dəridə istifadə məqsədilə tibbi plastırlar üçün alternativ enerji mənbəyi kimi nəzərdən keçirilə bilər.
 
Biz böyük ölçülü batareyalar və ya elektrik şəbəkəsinə qoşulma əvəzinə, işıqdan enerji almaq üçün yüngül, orqanik günəş batareyaları yaratmaq haqqında düşündük" – Kral Abdulla adına Elm və Texnika Universitetinin press-relizində deyilir.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL